Ermənilər Permyakova görə yenidən yürüş keçirəcəklər

Ermənilər Permyakova görə yenidən yürüş keçirəcəklər
12:04 23 Yanvar 2015
198 Dünya
Ölkə mətbuatı
A- A+

 

Yanvarın 26-da İrəvanda rusiyalı hərbçi Valeri Permyakovun Ermənistana təhvil verilməsi tələbi ilə yürüş keçiriləcək.


 

APA-nın “Armenia Today”a istinadən verdiyi məlumata görə, yürüş təşkilatçılarının yaydığı bəyanatda Ermənistan hakimiyyəti və Rusiya tərəfindən yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirmiş V. Permyakovun yerli hüquq-mühafizə orqanlarına təhvil verilməsi tələb olunur.

 

Qeyd olunur ki, bu tələb Rusiyanın Ermənistandakı hərbi bazası ilə bağlı müqavilənin 4-cü maddəsindən irəli gəlir.   

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR