“Statoil Azerbaijan” sirketde aparilacaq kutlevi ixtisarlarla bagli yayilan xeberlere munasibet bildirib

13:02 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 12:58 ]

Baki. Aqsin Rafiqoglu - APA-Economics. “Statoil Azerbaijan” sirketinde her hansi kutlevi ixtisarlarin olmasi ile bagli hec bir resmi melumat olmayib.

 

Bunu “APA-Economics”e “Statoil Azerbaijan” sirketinin ictimaiyyetle elaqeler uzre ve metbuat xidmetinin rehberi Cemile Qadiyeva bezi KIV-lerde sirketde kutlevi ixtisarlarin aparilmasi ile bagli yayilan xeberlere munasibet bildirerken deyib.

 

C. Qadiyeva deyib ki, sirketde her hansi ixtisarin olub-olmamasi ile bagli her hansi bir melumat vermek onun selahiyyetinde deyil: “Hele ki rehberlik Bakida yoxdur ve onlarin bu barede qerari olmadan her hansi bir informasiyani vermek mumkun deyil. “Statoil Azerbaijan” sirketinde Milad bayrami ile elaqedar tetil elan olunub ve sirketin rehberliyi olkede yoxdur. Yeni ilden sonra bu barede melumat verilecek”.

 

Qeyd edek ki, metbuatda yayilan melumata gore, yeni ilden “Statoil Azerbaijan” sirketinde statda olan iscilerin kutlevi ixtisarina start verilecek. Gelen ilin yanvar ayindan etibaren Norvec sirketinin Bakidaki ofisinin emekdaslarinin teqriben yarisini azaltmaq niyyetindedir.

 

Hazirda “Statoil Azerbaijan” sirketinde statda olan iscilerin sayi 40 nefere yaxindir.

 

Qeyd edek ki, Norvecin “Statoil” sirketi Azerbaycanda “Azeri-Ciraq-Guneli” ve Baki-Tbilisi-Ceyhan layihelerinde muvafiq olaraq 8,6% ve 8,7% payla temsil olunur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR