Ana 6 aylıq oğlunu boğdu (FOTO)

Ana 6 aylıq oğlunu boğdu (FOTO)
12:06 23 Yanvar 2015
185 Sosial
Ölkə mətbuatı
A- A+

Ana 6 aylıq körpəsini hamamda boğaraq öldürüb.

ANS PRESS-in məlumatına görə, hadisə Türkiyədə olub. Qadın oğlunu boğub öldürəndən sonra özünü pəncərədən ataraq intihar etmək istəyib. Qonşuların zəngindən sonra polis gələrək son anda 33 yaşlı qadını xilas edə bilib.

Axtarış zamanı evdən qadının yazdığı vida məktubu da tapılıb. Həmin məktublarda "səni çox sevirəm, oğlum. Yetimxanada böyüməyinə icazə verə bilmərəm" yazılıb.

Məlumata görə, qadında uşağı olandan sonra psixoloji problemləri yaranıb. Buna görə də müalicə alıb. Onun həyat yoldaşı isə hadisədən xəbərsiz olub.

İşdən polis zəngi ilə evə gələn kişi gördüyü mənzərə qarşısında şoka düşüb. Hətta sarsıntı keçirən kişi bir anda özünü eyvandan atmaq istəyib. Lakin ona müdaxilə edə biliblər.

40 yaşlı ata ifadəsində borcunun çox olduğunu, ödəyə bilmədiyini deyib. Onun sözlərinə görə, arvadı borc müqabilində hər şeylərini itirəcəklərindən qorduğu üçün belə addım ata bilərdi.




Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=321386

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR