"İnter"in son sınağı - YENİLƏNİR

"İnter"in son sınağı -   YENİLƏNİR
12:07 23 Yanvar 2015
181 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "İnter" bu gün sonuncu - 6-cı yoхlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, baş məşqçi Kaхaber Tsхadadze yetirmələrini Cənubi Koreya klubu ilə oyunda sınayacaq. 

Belə ki, "İnter"in rəqibi "Jeju Yunayted" klubu olacaq. Oyun Bakı vafxtı ilə saat 17.00-da başlayacaq. "İnter" sabah vətənə qayıdacaq.
 
Qeyd edək ki, "Jeju Yunayted" klubu 1982-ci ildə yaradılıb. Komanda son mövsümü 5-ci pillədə başa vurub. Bundan sonra baş məşqçi Kyunq-Hoon Park istefaya göndərilib və onu Ço Seonq-Hvan əvəzləyib. 

"İnter" bundan əvvəl Almaniyada 5 oyun keçirib. "Bankir"lər "İnegölspor"u (Türkiyə) 4:1, "Kayrat"ı (Qazaxıstan) və "Kasımpaşa"nı (Türkiyə) 3:1 hesabı ilə yenib, "Enerji Kottbus"la (Almaniya) və "Metallist"lə (Ukrayna) "sülh" bağlayıb - 1:1.

Antalya
Yoхlama oyunu
23 yanvar

17.00 İnter (Azərbaycan) - Jeju Yunayted (Cənubi Koreya)

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR