Prezidentdən başsağlığı

Prezidentdən başsağlığı
12:16 23 Yanvar 2015
230 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralının ölümü ilə bağlı başsağlığı verib.

ANS PRESS-in məlumatına görə, dövlət başçısı bildirib ki, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq:

"Yüksək nüfuz sahibinə malik, özünün bütün fəaliyyəti ilə xalqına hədsiz sədaqət nümunəsi göstərmiş Kral Abdullah bin Əbdüləziz Al Səud müdrik və uzaqgörən siyasətçi kimi beynəlxalq aləmdə və Səudiyyə Ərəbistanın tarixində silinməz iz qoymuşdu. O, müsəlman dünyası və xalqları arasında birlik və həmrəyliyin bərqərar olmasında böyük rol oynamışdı. Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və genişlənməsində Kral Abdullah bin Əbdüləziz Al Səudun müstəsna xidmətləri olmuşdu.

Bu ağır anlarda dərdinizi bölüşür, sizə, ailənizin bütün üzvlərinə, qardaş Səudiyyə Ərəbistanı xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!", - deyə prezidentin başsağlığı məktubunda bildirilib.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR