Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı kralına başsağlığı verdi

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı kralına başsağlığı verdi
12:17 23 Yanvar 2015
102 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının kralı əlahəzrət Salman bin Əbdüləziz Al Səuda başsağlığı məktubu ünvanlayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Əziz qardaşım,

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz Al Səudun vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Yüksək nüfuz sahibinə malik, özünün bütün fəaliyyəti ilə xalqına hədsiz sədaqət nümunəsi göstərmiş kral Abdullah bin Əbdüləziz Al Səud müdrik və uzaqgörən siyasətçi kimi beynəlxalq aləmdə və Səudiyyə Ərəbistanının tarixində silinməz iz qoymuşdu. O, müsəlman dünyası və xalqları arasında birlik və həmrəyliyin bərqərar olmasında böyük rol oynamışdır. Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və genişlənməsində kral Abdullah bin Əbdüləziz Al Səudun müstəsna xidmətləri olmuşdur.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, qardaş Səudiyyə Ərəbistanı xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/320519.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR