Müğənni onu aldadan iş adamının 400 minlik maşınını aldı

Müğənni onu aldadan iş adamının 400 minlik maşınını aldı
12:21 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanda da məşhur olan türkiyəli müğənni ona ikinci əl maşın satan mağazadan qisasını aldı. ANS PRESS-in məlumatına görə, müğənninin vəkilləri salondakı maşaınlardan birini müsadirə etdirib.

Sibel Can ötən il adçəkilən salondan cip maşın alıb. Lakin gömrükdən qaçaqmal yolu ilə keçirildiyi müəyyən edildiyi üçün onun maşını müsadirə edilmişdi. Bundan sonra müğənni ödədiyi pulun geri qaytarılması üçün məhkəməyə müraciət etmişdi. Məhkəmə sənətçinin iddiasını haqlı görüb və ona 400 min lirə (təqribən 135 min manat) ödənməsinə hökm edib.

Müğənninin vəkilləri qərarın icrasının təmin edilmədiyini görüblər. Buna görə də qərar məhkəmə əməkdaşlarının köməyi ilə icra edilib.

Ödənməyən 400 min liralıq borc müqabilində isə sondakı yeni ciplərdən biri müsadirə olunub.



Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR