Ukrayna telekanalı “Azərspace-1” vasitəsilə yayımını dayandırıb

12:22 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 12:18 ]


Bakı. Aynur Əliyeva - APA-Economics. "Ukrayna Televiziya və Radio Yayımı" (UTR) dövlət teleradio şirkəti öz proqramlarının “Azerspace-1” peykinin Avropa şüası üzərindən yayımına fasilə verib. Bunu “APA-Economics”ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərkosmos” ASC-dən bildiriblər.

 

Məlumata əsasən, hazırda Ukraynanın müharibə şəraitində olması və milli valyutası - qrivenin məzənnəsinin düşməsi səbəbindən kanal maliyyə problemləri ilə üzləşib. Bununla əlaqədar olaraq UTR kanalının yanvarın 20-dən yayımında fasilə yaranıb: “Lakin adı çəkilən kanal “Azerspace-1” peykinin Asiya şüası üzərindən hələ də yayımlanmaqdadır”.

 

Qeyd edək ki, “Azerspace-1”in “Ukrkosmos”la əməkdaşlığı davam edir. Hazırda Ukraynanın üç televiziya kanalı - Kultura, Che Pe İnfo, KDRTRK - “Azerspace-1” üzərindən yayımlanır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR