“Amazon Kindle” yeni dərslik yaradıcı aləti təqdim edib

“Amazon Kindle” yeni dərslik yaradıcı aləti təqdim edib
12:26 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Amazon”  birbaşa nəşr müəllifləri üçün yeni “Kindle” alətini istifadəyə verib – bu, təhsil və akademik institutlar üçün nəzərdə tutulmuş  KDP EDU alətidir.

O “Kindle” dərslik yaradıcısı adlanır və müəlliflərə tələbələr üçün elektron kitablar, tablet, “Android”, “iPhone”, “iPade”, “Mac” və fərdi kompüterlərlə paralel nəşrlər  yaratmağa imkan verəcək.  
 
“Kindle” dərslik yaradıcıları, qaralamadan başlayaraq rəqəmli sənəd hazırlamağa çalışanlar üçün nəzərdə tutulmuş “IBook Author”un əksinə, dərslik istehsalının daha sürətlə işləməsinə cəhd edirlər. “Amazon”un yeni aləti vasitəsi ilə yaradılan kitablar rənglidirlər, lüğət və multiplatforma ilə, PDF-ə çeviricisi və s. funksiyalar ilə təchiz olunublar.

Bu, eyni zamanda müəlliflər üçün iqtisadi nöqteyi-nəzərdən əlverişlidir, onlar hər bir opsiyadan əldə edilən gəlirin 70 faizini qazanırlar və onların müəllif hüquqları qorunur.
 
Aynur Vəliyeva

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR