Həftəsonu Azərbaycan ərazisində yağıntılı hava şəraiti proqnozlaşdırılır.

Həftəsonu Azərbaycan ərazisində yağıntılı hava şəraiti proqnozlaşdırılır.
12:27 23 Yanvar 2015
125 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 12:25 ]

Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq

Bakı. Könül Kamilqızı - APA. Həftəsonu Azərbaycan ərazisində yağıntılı hava şəraiti proqnozlaşdırılır.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, yanvarın 24-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər çiskinli, günün ikinci yarısında arabir yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə, gündüz 5-8 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 5-9 dərəcə, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR