Kralın vəfatı ilə əlaqədar Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb

12:27 23 Yanvar 2015
109 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 12:22 ]


Bakı. Rüfət Əhmədzadə - APA. Səudiyyə Ərəbistanın 6-cı kralı Abdulla bin Əbdüləziz əl-Səudun vəfatı ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyində başsağlığı kitabı açılıb.

 

Səfirlikdən APA-ya verilən məlumata görə, başsağlığı kitabına ürək sözlərinin yazılması və başsağlığı qəbulunun bu gündən başlayaraq yanvarın 23-25-də hər gün saat 10:00-dan 16:00-dək Bakıda - səfirliyin Süleyman Dadaşov küçəsi, 44/2 ünvanında yerləşən binasında aparılması nəzərdə tutulur.

 

Qeyd edək ki, kral Abdulla bin Əbdül Əziz əl-Səud ötən gecə 91 yaşında vəfat edib. Səfirlikdən onun Ər-Riyadda torpağa tapşırılacağı deyilib.

 

Yeni kral onun qardaşı, müdafiə naziri Salman ibn Əbdül Əziz olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR