İrəvanda savaş vahiməsi

İrəvanda savaş vahiməsi
13:06 26 Dekabr 2014
72 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan prezident iqamətgahının qarşısında iğtişaş yaşanıb.

ANS PRESS-in məlumatına görə, Yeni İl bayramı ərəfəsində I Qarabağ müharibəsində öldürülən hərbçilərin uşaqları Serj Sarkisyanın qonağı olublar.

Uşaqların valideynləri uşaqları iqamətgahın qarşısında gözləyiblər. Bu zaman cəbhədə naməlum səbəbdən ölən hərbçilərin qohumları növbəti aksiya keçiriblər. Onlar cinayət işlərin ədalətlə aparılması və övladlarının ölümündə günahlandırılanların cəzalanmasını tələb ediblər.

Qarabağ müharibəsi iştirakçılarının valideynləri aksiya iştirakçılarından geri çəkilməyi tələb ediblər və bildiriblər ki, uşaqlara prezidentin iqamətgahından çıxanda həlak olmuş əsgərlərin şəkillərini görüb qorxa bilərlər.

Aksiya iştirakçılarından biri isə öz növbəsində maraqlı cavab verib. O bildirib ki, uşaqlar əgər Serjdən qorxmurlarsa, onlara daha heç kim qorxunc deyil.

İki qrupa arasında qarşıdurma bir saata yaxın davam edib. Aksiya iştirakçıları müharibədə öldürülmüş şıəxslərin yaxınlarını bu cür sakit dayandıqları üçün ittiham ediblər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=316423

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR