Orta Asiya silahlandırılır

Orta Asiya silahlandırılır
12:31 23 Yanvar 2015
184 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ Özbəkistanı, Tacikistanı və Qazaxıstanı zirehli texnika ilə təchiz edəcəyini bildirib. Vaşinqton bu vədinə sadiq qalaraq Səmərqəndə terrorçuluq və narkotikayla mübarizə əməliyyatlarında istifadə üçün 328 zirehli maşın verib.

ANS PRESS-in məlumatına görə, bunu ABŞ dövlət katibinin Orta Asiya üzrə köməkçisinin müavini Daniel Rosenblum Amerikanın Səsinə deyib.

O bildirib ki, mina və pusquya davamlı (MRAP) zirehli texnika ABŞ ordusunda işlənmiş texnikadır. Bu texnika öldürücü deyil, müdafiə təyinatlıdır və Özbəkistanın Müdafiə Nazirliyinə verilir: "ABŞ Özbəkistanın bu texnika üçün müraciətini qanuni hesab edir. Çünki maşınlar ancaq qorumaq məqsədi daşıyır və terrorçuluq və narkotikayla mübarizə üçün ideal vasitədir."

D.Rosenblum deyib ki, Tacikistan və Qazaxıstan da ABŞ ordusundan avadanlıq almaqda maraqlıdır və hazırda həmin müraciətlər dəyərləndirilir.


Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR