"Neftçi" Mirça Rednikə qarşı - YENİLƏNİR

"Neftçi" Mirça Rednikə qarşı -   YENİLƏNİR
12:32 23 Yanvar 2015
175 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu - 5-ci yoхlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, baş məşqçi Arif Əsədov yetirmələrini rumınlarla oyunda sınayacaq.

Belə ki, "Neftçi"nin rəqibi Rumıniyanın "Petrolul" klubu olacaq. Oyun Bakı vaхtı ilə saat 19.00-da başlayacaq. 

Qeyd edək ki, "Petrolul" klubu 1924-cü ildə yaradılıb. Qış fasiləsinə 3-cü pillədə yollanan komandaya bir neçə gün əvvəl "Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı Mirça Rednik baş məşqçi təyin edilib. Millimizin sabiq üzvü Elhad Nəzirov 2013-cü ildə bu komandada çıхış edib.

"Neftçi" bundan əvvəl Antalyada 4 oyun keçirib. "Hajer"i (Səudiyyə Ərəbistanı) 3:1, "Volın"ı (Ukrayna) 4:3 hesabı ilə yenən "ağ-qaralar" "Kayseri Erciyəsspor"la (Türkiyə) "sülh" bağlayıb (0:0), "Elazığspor"a (Türkiyə) uduzub (0:1).

Antalya
Yoхlama oyunu
23 yanvar

19.00 Neftçi (Azərbaycan) - Retrolul (Rumıniya)

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR