"Çelsi" Kostaya 16 milyon təklif edir

"Çelsi" Kostaya 16 milyon təklif edir
12:37 23 Yanvar 2015
181 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi" heyətini braziliyalı Duqlas Kosta ilə gücləndirmək istəyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, London klubu yarımmüdafiəçi üçün 16 milyon funt təklif etməyi planlaşdırır. Mənbənin məlumatına görə, "Çelsi" Duqlası hələ "Gremio"da çıxış edəndən bəri izləyir.
 
"Zadəganlar" ilk olaraq Xuan Kuadradonu heyətə cəlb etməyə çalışsalar da, bu istəkləri çətinə düşüb.
Qeyd edək ki, Duqlas bu mövsüm "Şaxtyor"da çıxdığı 10 oyunda 1 qol və 3 məhsuldar ötürmənin müəllifi olub.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/320492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR