"Azəryolservis"də dəyişiklik

"Azəryolservis"də dəyişiklik
13:11 26 Dekabr 2014
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC loqotipini dəyişibr.

Bu barədə cəmiyyətin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev ANS PRESS-ə məlumat verib.

Qeyd edək ki, yol təsərrüfatı orqanı 5 avqust 1998-ci ildə Nəqliyyat Nazirliyi təsis edildikdən sonra 23 iyun 2003-cü ildə “Yolnəqliyyatservis” departamenti kimi yaradılıb. Sonradan ölkə başçısı cənab İlham Əliyevin 22 fevral 2007-ci il tarixli sərəncamı ilə təşkilatı-hüquqi forması dəyişdirilərək “Azəryolservis” ASC-in yardılması ölkənin yol infrastrukturunun təkmilləşdirildi.

Bu dövr ərzində ölkə başçısı Prezident İlham Əliyevin dəstəyi, diqqət və qayğısı sayəsində ölkənin yol təsərrüfatında zəruri islahatlar, əsaslı yeniləşmələr aparılıb.

"Həyata keçirilən tədbirlər nəticəsində müasir infrastrukturun formalaşması fonunda öz loqotipimizi dəyişmək qərarına gəldik. Loqotip avtomobil yolu üzərində qurulub. Yeni loqotipdə Azərbaycanın dövlət bayrağının rəngləri əksini tapıb. Loqotipin müəllifi Avropada fəaliyyət göstərən Azərbaycanın ən talantlı dizayneri Samir Sadıqovdur", - deyə Pünhan Mürsəliyev bildirib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=316420

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR