“TuranBank”dan müştərilərinə 3D Secure texnologiyası

12:43 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
TuranBank kart müştərilərinə internetdə təhlükəsiz kart əməliyyatları aparmaq üçün 3D Secure xidmətini təklif edir.
Bankdan AzərTAc-a bildiriblər ki, 3D Secure texnologiyasının tətbiqi internet saytlarında dələduzluq əməliyyatlarının keçirilmə risklərini minimuma endirir və internetdə əməliyyat aparan müştərilərin vəsaitlərini qorumağa imkan verir. 3D Secure texnologiyası kart məlumatları sızdıqda belə kartın digər şəxslər tərəfindən internetdə istifadəsini mümkünsüz edir.
3D Secure proqramında qeydiyyatdan www.azericard.com/3d saytı vasitəsilə keçmək mümkündür. Xidmət pulsuzdur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/TuranBankdan_musterilerine_3D_Secure_texnologiyasi-826947

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR