İsmayıllıda qədim xalq sənəti olan xalçaçılıq yaşadılır

İsmayıllıda qədim xalq sənəti olan xalçaçılıq yaşadılır
12:43 23 Yanvar 2015
427 Ölkə
Ölkə mətbuatı
A- A+


İsmayıllı, 23 yanvar, Adil Ağayev, AzərTAc 
Xalçaçılıq sahəsində qədim və zəngin ənənələri olan İsmayıllıda bu sahəyə diqqət və maraq xeyli artıb.
AzərTAc xəbər verir ki, rayonda ilk qadın iş adamı Ruhiyyə Süleymanovaya məxsus “Xoşbəxt–X” kiçik müəssisəsində bu gün təmiz yundan öz zərifliyi ilə seçilən “Heyratı”, “Pirəbədil”, “Xiləfsan”, “Xırdagül”, “Qollu-Çiçi”, “Ağgül”, ipək sapdan “Umud”, “Xəzan”, “Sarıçiçək” və “Buta” xalça növləri toxunur. Burada, həmçinin palaz və kilim də toxunur. Xammal əsasən Türkiyənin “Günəş xalı” müəssisəsindən və İran bazarlarından alınır.
Son illər rayonun qonaqları, xüsusilə xarici turistlər bu qədim Azərbaycan xalçalarına böyük maraq göstərirlər.
Müəssisədə hazırda 30 nəfər xalçaçı-toxucu işləyir. Onların əksəriyyəti gənclərdir.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ismayillida_qedim_xalq_seneti_olan_xalchachiliq_yasadilir-826944

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR