Toni Adams “Qəbələ” klubunun futbol direktoru təyin olunub

Toni Adams “Qəbələ” klubunun futbol direktoru təyin olunub
12:43 23 Yanvar 2015
113 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
“Qəbələ” idman klubunda yeni təyinat rəsmiləşib.
Uzun müddətdir klubda çalışan İngiltərə futbolunun əfsanəsi Toni Adams yeni vəzifəyə təyin olunub. Böyük britaniyalı futbol veteranı bundan sonra “Qəbələ”nin futbol direktoru kimi fəaliyyət göstərəcək.
Klubdan AzərTAc-a bildiriblər ki, İngiltərə millisində və “Arsenal”dakı çıxışları ilə məşhurlaşan T.Adams bunadək klubda iki fərqli vəzifədə çalışıb. 2010-cu ilin yayında Azərbaycandakı fəaliyyətinə baş məşqçi kimi başlayan ingiltərəli mütəxəssis 2011-ci ilin noyabrınadək “Qəbələ”nin “sükanı” arxasında olub. Bu müddətdə komandanı 47 rəsmi matça çıxaran T.Adams 2012-ci ilin aprelindən futbol direktoru təyin olunanadək “Qəbələ” idman klubunun prezidenti Tale Heydərovun müşaviri vəzifəsində fəaliyyət göstərib.
Qeyd edək ki, “Qəbələ”yədək vətənində “Uikomb” və “Portsmut” klublarını çalışdıran T.Adams zəngin futbolçu karyerası ilə tanınıb. Qırx doqquz yaşlı veteran karyerası ərzində yalnız bir klubun “Arsenal”ın şərəfini qoruyub. 500-dən artıq matç keçirdiyi komandada 14 il kapitan olan müdafiəçi İngiltərə yığmasında 66 dəfə forma geyinib.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR