Sabahın hava proqnozu

Sabahın hava proqnozu
12:46 23 Yanvar 2015
151 Digər
Ölkə mətbuatı
A- A+

Sabah Abşeron yarımadasında mülayim cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 24-də Bakıda və Abşeron yarımadasında buludlu havanın üstünlük təşkil edəcəyi, gecə və səhər arabir çiskinli yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Abşeron yarımadasında temperatur gecə 0-2, gündüz 5-8 dərəcə isti olacaq.

Yanvarın 24-də rayonlarda da arabir yağış yağacağı, dağlıq və dağətəyi bölgələrdə sulu qar, qara keçəcəyi ehtimal olunur. Ayrı-ayrı yerlərdə şərq küləyi əsəcək.

Temperatur aran rayonlarında gecə 0-4 dərəcə isti, gündüz 5-9 dərəcə isti, dağlıq rayonlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=321401

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR