Bakı. Fuad Cəfərov -APA. Qusar rayonunda ağır yol qəzası qeydə alınıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 25-də saat 21 radələrində Qusar rayonunun Şirvanovka kəndində rayon sakinləri Kamil Mahmudovun idarə etdiyi “VAZ-21112” və Rəhman Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. K.Mahmudov və sərnişini - həmkəndlisi Məhəmməd Alxasov hadisə yerində dünyasını dəyişib, R.Məmmədov xəstəxanaya yerləşdirilib.
Qusar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.