Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyində başsağlığı kitabı açılıb

Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyində başsağlığı kitabı açılıb
12:52 23 Yanvar 2015
78 Sosial
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləziz əl-Səudun ölümü ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyində başsağlığı kitabı açılıb.

Bu barədə cümə günü Trend-ə Səudiyyə Ərəbistanı səfirliyindən məlumat verilib.

Diplomatik nümayəndəlikdən bildirildiyi kimi, saat 10:00-dan 16:00-dək arzu edən hər kəs başsağlığı kitabında öz qeydlərini edə bilər.

2014-cü ilin dekabrında həkimlər Səudiyyə Ərəbistanı kralında sətəlcəm aşkar etmişdilər. Kral Ər-Riyaddakı xəstəxanalardan birinə yerləşdirilmiş və orada tibbi müayinədən keçmişdi. Müayinə zamanı təcili müalicə tələb olunan sətəlcəm diaqnozu təsdiqlənmişdi. Bundan əlavə, 4 ay ərzində kralın fəqərə sütununda bir neçə cərrahiyyə əməliyyatı aparılıb.

Yeni, sayca yeddinci olan Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR