Azərbaycan tələbə liderlərin görüşündə təmsil olunacaq

Azərbaycan tələbə liderlərin görüşündə təmsil olunacaq
12:58 23 Yanvar 2015
195 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
“İsrail Tələbələrinin Səsi” (Tafnit - Israeli Students' Voices) təşkilatının və Avropa Tələbələr Birliyinin (ESU) birgə təşkilatçılığı ilə keçiriləcək tələbə liderlərin növbəti görüşündə Azərbaycan da təmsil olunacaq.
AzərTAc xəbər verir ki, yanvarın 25-dən fevralın 1-dək davam edəcək tədbirdə ölkəmizi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) beynəlxalq əlaqələr departamentinin rəhbəri Pərvin Rəhimli və qurumun mətbuat katibi Məcid Musayev təmsil edəcəklər.
Tədbir çərçivəsində nümayəndələrimiz Azərbaycanın təhsil sistemi, bu sahədə aparılan islahatlar haqqında məlumat verəcək, ölkəmizin tələbə özünüidarəetmə strukturları (tələbə gənclər təşkilatı) modelini təqdim edəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_telebe_liderlerin_gorusunde_temsil_olunacaq-826952

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR