“Arşın mal alan” operettası Özbəkistan Milli Dram Teatrında nümayiş olunacaq

13:12 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 13:08 ]


Bakı. Cavid Zeynallı - APA. Yanvarın 26-da Özbəkistan Milli Dram Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası əsasında hazırlanmış konsert-tamaşa göstəriləcək.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanın Özbəkistandakı səfirliyi və qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə hazırlanan konsert-tamaşanın bədii rəhbəri və dirijoru Özbəkistanın əməkdar incəsənət xadimi, professor Firuza Abdurahmanovadır.

 

Musiqi nömrələrini “Qolden Trophu” Ansamblı və “Soqdiana” Dövlət Xalq Çalğı Alətləri Kamera Orkestri ifa edəcək. Konsert-tamaşada operettadan ariya, duet və mahnılar, xor nömrələri ifa olunacaq.

 

Nazirlikdən əlavə ediblər ki, "Arşın mal alan" tamaşası Özbəkistanda populyardır. Üzeyir Hacıbəylinin bu əsərinə dəfələrlə özbək və rus dillərində səhnə həyatı verilib. Əsər bir neçə il əvvəl paytaxtdakı Operetta Teatrında rus dilində tamaşaya qoyulub, hazırda repertuardadır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR