Angela Merkel: Avrozonada böhran davam edir

Angela Merkel: Avrozonada böhran davam edir
13:13 23 Yanvar 2015
185 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
İsveçrənin Davos şəhərində keçirilən iqtisadi forumda çıxış edən Almaniyanın federal kansleri Angela Merkel avrozonada borc böhranının davam etdiyini və Avropanın rəqabətə davamlığına etibarı hələ də bərpa etmədiyini deyib.
AzərTAc Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, böhranın sadəcə nəzarət altına alındığını, problemlərin isə qaldığını bildirən Angela Merkel iqtisadi artıma yönəlmiş və düşünülmüş iqtisadi siyasətə ehtiyacın olduğunu da qeyd edib.
Yunanıstanın Avropa İttifaqından çıxması riskinə toxunan AFR kansleri bu ölkənin əhalisinin böyük əksəriyyətinin avronu saxlamağın tərəfdarı olduğunu və onların birlik nümayiş etdirərək məsuliyyəti öz üzərinə götürəcəyinə ümid etdiyini vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Angela_Merkel_Avrozonada_bohran_davam_edir-826956

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR