“ABB-Moskva” Rusiyanın strateji əhəmiyyətli kredit müəssisələri siyahısına daxil edilib

“ABB-Moskva” Rusiyanın strateji əhəmiyyətli kredit müəssisələri siyahısına daxil edilib
13:23 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
“ABB-Moskva” bankı Rusiyanın strateji əhəmiyyətli müəssisələrin vəsaitləri ilə işləyə bilən kredit təşkilatlarının siyahısına daxil edilib.
Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bu il yanvarın 1-i vəziyyətinə görə, “ABB-Moskva” bankı “Bank hesablarının və akkreditivlərin açılması, Rusiyanın təhlükəsizliyi və müdafiə-sənaye kompleksi üçün strateji əhəmiyyətli təsərrüfat cəmiyyətləri tərəfindən bank əmanətləri müqavilələrinin bağlanması və Rusiyanın bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” 2014-cü il 21 iyul tarixli Federal qanunun 2-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş tələblərə cavab verən kredit təşkilatlarının siyahısına daxil edilib.
Hazırda bu siyahıya Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən, bu ölkəyə və xarici dövlətlərə məxsus 140 aparıcı maliyyə-kredit müəssisəsi - “Sberbank” “VTB Bank”, “Deutsche Bank”, “BNP Pariba”, “XKF Bank”, “RaiffeisenBank”, “Rosselxozbank”, “Alfa-Bank”, “Promsvyazbank”, “VTB 24”, “Kredit Avropa Bank” və digərləri daxildir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABB_Moskva_Rusiyanin_strateji_ehemiyyetli_kredit_muessiseleri_siyahisina_daxil_edilib-826957

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR