Bu insanlar ölümə meydan oxumuşdular - FOTO

Bu insanlar ölümə meydan oxumuşdular - FOTO
13:27 23 Yanvar 2015
489 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-da göydələnlərin inşası erası başlayanda tikintilərdə çalışan fəhlələr və mühəndislər arasında yumoristik fotolar çəkdirmək dəb idi.
Fəqət, bu dəbin qurbanları da az deyildi.
 
Milli.Az ABC-yə istinadən bildirir ki, 1929-1931-ci illərdə Nyu-Yorkda Empayr Steyt Bildinq (Empire State Building) inşa olunanda 5 fəhlə həlak olmuşdu.
 
1883-cü ildə istifadəyə verilmiş Bruklin körpüsünün tikintisində isə 27 fəhlə həyatı ilə vidalaşmışdı.
 
İnşaat işləri zamanı çəkilən şəkillər arasında ən məşhuru, təbii ki, Çarlz Ebbetsin "Göydələnin zirvəsində nahar" şəklidir. 1932-ci ildə çəkilmiş fotoda polad tirin üzərində oturub nahar edən 11 fəhlə əks olunub.

Milli.Az
 












RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR