Ananın corabından telefon çıxdı... (FOTO)

Ananın corabından telefon çıxdı... (FOTO)
13:31 23 Yanvar 2015
178 Sosial
Ölkə mətbuatı
A- A+

Məhbus anası corabının içində oğluna mobil telefon keçirmək istəyərkən yaxalandı.

ANS PRESS-in Ədliyyə Nazirliyinin Penitensiar xidmət İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Allahverdi Qulu oğlu Sadıxovun yanına qısamüddətli görüşə gəlmiş anası, Xaçmaz rayon sakini Səyyarə Bayramxan qızı Sadıxovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman corabının içərisində gizlədilmiş, daxilində “Cin”danışıq kartı olan 1 ədəd Nokia markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Allahverdi Qulu oğlu Sadıxov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən həbs edilib.

Fakt üzrə araşdırma aparılır.




Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR