"Fabreqas "Çelsi"nin düşünən beynidir"

"Fabreqas "Çelsi"nin düşünən beynidir"
13:32 23 Yanvar 2015
179 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin istedadlı oyunçusu Eden Hazard klubun uğurlarında rolu, digər futbolçularla qarşılıqlı anlaşması barədə fikirlərini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, belçikalı futbolçu meydanda özünü sərbəst hiss etməyin əhəmiyyətini vurğulayıb.
 
"Hər oyunun sonunda məni yalnız qələbə razı salır. Matçda 3 qol vurmağıma rəğmən, "Çelsi" uduzsa, razı qalmaram. Hər dəfə meydana çıxanda futboldan həzz almaq, fanatların da zövqünü oxşamaq və əlbəttə ki, qələbə qazanmağa çalışıram. Mövsümə çox yaxşı başladım. Qollar vurdum və bir sıra məhsuldar ötürmələrin müəllifi oldum. Mənim işim qalib gəlməkdir. Meydanda özümü sərbəst hiss edirəm. Bu üstünlükdən də həmişə istifadə edirəm".
 
Hazard komanda yoldaşı Sesk Fabreqas haqqında da söhbət açıb.
"Fabreqasla bir-birimizi başa düşmək üçün illərə ehtiyac olmadı. Cəmi bir məşqə qarşılıqlı anlaşma təmin olundu. Onunla yanaşı oynamaq məmnunluq yaradır. Çünki Fransesk futbol haqqında hər şeyi bilir. O, komandanın düşünən beynidir. Buna görə Premyer Liqada 15 məhsuldar ötürməsi var.

Fabreqasın futbola baxşı mənim kimidir. Bu səbəbdən onunla eyni komandada oynamağı çox sevirəm. "Çelsi"də çıxış edən digər hücumameylli futbolçular haqqında da fikirlərim yaxşıdır. Komandanın oyun tərzi meydanda boş sahə tapmaq, tez qərar qəbul etməyə imkan verir".

Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR