Azərbaycanda quldurluq və oğurluq yolu ilə vətəndaşların pulunu mənimsəyən şəxslər tutulub

13:37 23 Yanvar 2015
115 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 13:33 ]


Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda quldurluqla məşğul olan şəxslər saxlanılıb.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 17-də narkotik vasitə ilə tutulan Taleh Hüseynovun ətrafında Baş Cinayət-Axtarış İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun yanvarın 16-da Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş İlkin İsdamov və Fərhad Əliyevlə birgə Rafiq Abdullayevin 18000 manatını və qızıl əşyalarını quldurluq yolu ilə alması, habelə 2012-ci il avqustun 24-də Azər Mehdiyevin, 2014-cü il yanvarın 30-da Aidə Rəhimovanın və 2014-cü il iyulun 8-də Sevindik Əzimovun evlərindən pul və qızıl əşyalar, eləcə də 2012-ci il iyun ayında Sumqayıt şəhər sakini Gülnarə Hacıyevanın evindən 6000 manat və qızıl əşyalar oğurlaması da müəyyən edilib.

 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə İ. İsdamov tutulub.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370127

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR