Bakıda oğru Zita tutuldu

13:38 23 Yanvar 2015
178 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İlkin İzzət/

Oğurluq etdiyinə görə tutulmuş Bakı şəhər sakinindən narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-də Lerik rayon sakini Vüsal Babayevin cibindən 47 manatını və sənədini oğurlamış şəxs tutulub.

Bu, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zita Zolotoryovadır. Tutularkən ondan 3,72 qram tiryək də götürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR