17 dərəcə isti olacaq

17 dərəcə isti olacaq
13:26 26 Dekabr 2014
51 Digər
Ölkə mətbuatı
A- A+

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitin dəyişkən buludlu olacaq. Səhər bəzi yerlərdə zəif duman gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 5-8, gündüz 9-14 dərəcə isti olacaq.

Bölgələrdə gecə və səhər bəzi yerlərdə duman gözlənilir, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti proqnozlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=316441

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR