Prezident İlham Əliyev Davosda Gürcüstanın Baş naziri və Monako Şahzadəsi ilə görüşüb

Prezident İlham Əliyev Davosda Gürcüstanın Baş naziri və Monako Şahzadəsi ilə görüşüb
13:42 23 Yanvar 2015
77 Digər
Ölkə mətbuatı
A- A+

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Ölkələrimizin həyata keçirdiyi qlobal enerji layihələrinin önəmi vurğulandı.

Azərbaycan ilə Gürcüstanın iqtisadi əməkdaşlığının daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunun qeyd edildiyi görüşdə ikitərəfli münasibətlər, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

X X X

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Monako Şahzadəsi II Albert ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Monako arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olundu, mədəniyyət sahəsində əlaqələrin səviyyəsindən məmnunluq ifadə edildi.

Söhbət zamanı birinci Avropa Oyunlarına hazırlıq məsələlərinə və beynəlxalq səviyyədə sərgilərin təşkili sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/320539.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR