Bakıda tapançalı şəxs tutulub

Bakıda tapançalı şəxs tutulub
13:54 23 Yanvar 2015
328 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda xeyli miqdarda silah-sursat aşkarlanıb. Lent.az--ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəmkir rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində nömrəsiz “Karabin” markalı silah, “TOZ-8” markalı tüfəng, qaz tapançası və 294 ədəd müxtəlif çaplı patron, Füzuli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Horadiz şəhərində 2 ədəd “TOZ” markalı tüfəng, 2751 ədəd müxtəlif çaplı patron və 3 patron darağı aşkarlanıb. Bundan başaqa, Nizami (Gəncə) rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Gülüstan qəsəbəsində “RPQ-18” markalı qumbaraatan və 1555 ədəd müxtəlif çaplı patron tapılıb.

Cəlilabadda Sabirabad rayon sakini  Rauf Həsənov nömrəsi silinən “TOZ-16” markalı ov tüfəngini könüllü olaraq RPŞ-yə təhvil verib.

Çevik Polis Alayı və Xətai rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini Adil Quliyevdən ”Makarov” markalı tapança və 1 ədəd patron götürülüb.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR