Arzu Əliyeva üçün özəl gün – fotolar

Arzu Əliyeva üçün özəl gün – fotolar
13:56 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bu gün ölkə başçısı İlham Əliyevin qızı Arzu Əliyevanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, A.Əliyeva 23 yanvar, 1989-cu ildə Bakıda anadan olub. 2011-ci ildə Rusiyada yaşayan azərbaycanlı iş adamı Səməd Qurbanovla ailə qurub. Cütlüyün Aydın adlı bir oğlu var.

Arzu Əliyeva Azərbaycanda xeyriyyəçilik və digər humanitar fəaliyyət növləri ilə yaxından məşğul olur. Heydər Əliyev Fondunun tədbirləri çərçivəsində bir neçə vətənpərvər layihənin həyata keçirilməsində fəal iştirak edir. Rus, ingilis, fransız və ispan dillərində sərbəst danışır.

Bir müddət əvvəl isə A.Əliyeva “Arzu's Bakery” adlı şirniyyat məkanı açıb.














RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR