Düşmən ordu itkini gizlədir

Düşmən ordu itkini gizlədir
13:56 23 Yanvar 2015
204 Ölkə
Ölkə mətbuatı
A- A+

Erməni tərəfi əsgər ölümlərini gizlədir.

ANS PRESS-in məlumatına görə, Ermənistan mətbuatının ötən gün Berd rayonu ərazisində erməni tərəfinin itkiləri haqda yerli KİV-in yaydığı məlumatları oxuduqda belə qənaətə gəlmək olar. Ermənistanın hakimiyyətə yaxın saytları Berd rayonunda iki hərbçinin öldürüldüyünü yazıb. Nisbətən müstəqil saytlar isə ölənlərlə yanaşı çoxlu sayda yaralı erməni hərbçisinin də olduğunu yazır. Hər iki tərəf Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyana istinad etsə də göründüyü kimi rəqəmlər fərqlidir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bir neçə gün əvvəl də erməni tərəfinin itkilərini gizlətməsi haqda məlumat yaymışdı. Məlumatda Ermənistan ordusu yeni il başlayandan xeyli itki verdiyi bildirilib. Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan ordusu erməni kəşfiyyat-təxribat qrupunun hücumlarının qarşısını alır, düşmən itki verərək geri çəkilir:

"Erməni tərəfinin rəsmi olaraq təsdiq etdiyi kimi, yanvarın 3-dən 20-dək yalnız cəbhədə onların (Ermənistan Silahlı Qüvvələrinin) 8 hərbi qulluqçusu məhv edilib, 4 nəfəri isə ağır yaralanıb. Təsdiq edilən itkilər ancaq Ermənistan Silahlı Qüvvələrinə məxsusdur. İşğal edilmiş ərazilərimizdən, Dağlıq Qarabağdan olan və zorla cinayətkar silahlı dəstələrə cəlb olunmuş ermənilər arasında itkilər isə gizlədilir, onların sayı rəsmi açıqlanandan ən az iki-üç dəfə çoxdur. Müdafiə Nazirliyi bir daha bildirir ki, işğalçı qüvvələr torpağımızdan çıxarılanadək bu cür itkilərə daha çox məruz qalacaq və bütün bunlara, eləcə də baş verə biləcək təxribatlara görə birbaşa və qeyd-şərtsiz Ermənistanın kriminal hərbi-siyasi rejimi məsuliyyət daşıyacaq”.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=321416

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR