Milli Məclisin Regional Məsələlər Komitəsi hesabat verdi

Milli Məclisin Regional Məsələlər Komitəsi hesabat verdi
13:58 23 Yanvar 2015
217 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Milli Məclisin Regional Məsələlər Komitəsinin iclası keçirilib.

Trend-nın məlumatına görə, iclası açıq elan edən komitə sədri Arif Rəhimzadə komitənin 2014-cü il payız sessiyasında gördüyü işlər barədə hesabatla çıxış edib.

A.Rəhimzadə birldirib ki, komitənin 2014-cü il payız sessiyasında 7 iclası keçirilib: “İclaslarda 13 məsələ müzakirə olunub ki, onlardan 11-i qanun layihəsidir. Hesabat dövründə komitənin ünvanına daxil olan 101 məktub, təklif, ərizə və şikayətə baxılıb. Onlardan 72-si araşdırılma üçün müvafiq təşkilatlara göndərilib. 2014-cü il payız sessiyasında komitə üzvləri 450 nəfərdən çox vətəndaşı qəbul edib”.

Daha sonra çıxış edən komitə üzvləri təmsil olunduqları komitənin 2014-cü il payız sessiyasında gördüyü işlərdən danışıblar.

İclasda Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvləri 2015-cü il yaz sessiyasında görəcəkləri işlərin planını təsdiq ediblər.

Sonda “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında əsasnaməyə dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR