Prezident baş nazirlə görüşüb

Prezident baş nazirlə görüşüb
14:01 23 Yanvar 2015
183 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

ANS PRESS-in məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, həmçinin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, Azərbaycanın həyata keçirdiyi qlobal enerji layihələrinin önəmi də qeyd olunub.

Bundan başqa, görüşdə Azərbaycan ilə Gürcüstanın iqtisadi əməkdaşlığının daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib, həmçinin ikitərəfli münasibətlər, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=321415

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR