Azərbaycan müğənnilərdən dövlət atributuna hörmətsizlik (VİDEO)

Azərbaycan müğənnilərdən dövlət atributuna hörmətsizlik (VİDEO)
14:06 23 Yanvar 2015
332 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın dövlət atributu Azərbaycanın efir məkanında təhqir olundu.

ANS PRESS-in məlumatına görə, Xəzər televiziyasında yayımlanan, müğənnilər Sevil-Sevinc əkiz bacıların“Hər şey daxil” verlişində milli valyutamız cırılıb.

Bacılardan biri mahnı oxuyarkən, digəri operatorun ona verdiyi 1 manatlıq əskinazı əkiz tayına uzadır. Bacının reaksiyası çox qəribə olub. O, manatı alar-almaz cırıq-cırıq edib yerə tullayır. Onun bu hərəkətindən təəccüblənsə də, manatın yerə atılmış hissələrini qaldırmır.

Qeyd edək ki, milli valyutamız olan AZN azərbaycan iqtisadiyyatının, maliyyə sisteminin göstəricisidir. Bayraq, himn, gerb Azərbaycanın siyasi müstəqlliyinin, manat isə bizim iqtisadi müstəqilliyimizin atributudur.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=321410

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR