Vaqif Cavadov "Boluspor"a keçidindən danışdı

Vaqif Cavadov "Boluspor"a keçidindən danışdı
14:12 23 Yanvar 2015
264 İdman
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, millimizin üzvü Vaqif Cavadov Türkiyə PTT 1-ci liqa klublarından olan "Boluspor"la müqavilə imzalayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Vaqif yeni komandasında ən azı mövsümün sonunadək forma geyinəcək.
 
Cavadov komanda rəsmisi Kaan Semercioğlu ilə birgə müqaviləyə imza atdıqdan sonra klubunun rəsmi saytına danışıb: "Bu komandaya keçidimdə həm klubumuzun baş məşqçisi, həm də prezidentinin böyük rolu oldu. Canla-başla oynamağa hazıram və o səbəbdən də buradayam. İnşallah, yeni komandam üçün uğurlu olaram”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/320540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR