Dövlət Gömrük Komitəsinin sədri Neftçalada vətəndaşları qəbul edib - FOTO

Dövlət Gömrük Komitəsinin sədri Neftçalada vətəndaşları qəbul edib - FOTO
14:12 23 Yanvar 2015
91 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 14:06 ]


Neftçala. Əlibəy Zeynallı - APA. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Neftçalada vətəndaşları qəbul edib.

 

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşlarla qəbul qrafikinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenant Aydın Əliyev Neftçala şəhəri Heydər Əliyev mərkəzində bu rayondan, eləcə də Salyan, Biləsuvar, Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edib.

 

Qəbula gələn vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul, gömrük keçid məntəqələrinin vəziyyəti, malların idxal və ixracı və bununla əlaqədar sənədləşmə qaydaları ilə bağlı olub.

 

Səyyar qəbul zamanı komitə sədri qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370142

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR