Mineralnıye Vodı şəhərində Rusiya əsgərini öldürən erməni həbs edilib

14:12 23 Yanvar 2015
175 Dünya
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 14:00 ]

Bakı – APA. Rusiyanın Mineralnıye Vodı şəhərində yerli sakin, 23 yaşlı Mixail Qriqoryan həbs edilib.

 APA-nın “Komsomolskaya pravda”ya istinadən verdiyi məlumata görə, M. Qriqoryan Rusiya Daxili İşlər Nazirliyinin “Edelveys” xüsusi təyinatlı dəstəsinin əsgəri Dmitri Sidorenkonu qətlə yetirməkdə ittiham olunur.

 

D. Sidorenko ötən günlərdə Mineralnıye Vodı şəhərindəki “Opera” karaoke-barında yerli sakinlərlə əsgərlər arasında baş verən dava-dalaş zamanı öldürülüb. 26 yaşlı D. Sidorenko bıçaqlanıb.  

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370141

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR