Dəb Dünyası Bakıda

Dəb Dünyası Bakıda
14:22 23 Yanvar 2015
288 Sosial
Ölkə mətbuatı
A- A+

Vaxt çox tez keçir. 2015-ci il gəldi, bu o deməkdir ki, dəb dünyasının paytaxtlarında artıq payız-qış 2015/2016 dəb tendensiyalarının nümayişləri başlanılıb.

Azərbaycan da dünya Dəb Həftəsinin təqvim cədvəlinə daxil edilib. Beləliklə, 30 apreldə mətbuat konfransı, 1-3 mayda dəbdəbəli Jumeirah Bilgah Beach Hotel-də dizaynerlərin kolleksiyalarının nümayişi olacaq.

Bu gün artıq bəllidir ki, azərbaycanlı dizaynerlər Bakıdakı İlk Dəb Həftəsinə kolleksiyalar hazırlayırlar, həmçinin iştirak etmək istəklərini bildirənlərin də adları bəllidir. Hələ ki, bütün kartları açmaq istəmirik, amma pərdəni açırıq.

Baku Fashion Week iştirakçılarının arasında artıq ölkəmizin dəb bilicilərinə tanış olan və ürəkdən sevilən dizayner Aftandil də var. Bununla belə, Natavan galereyasının dəstəyi ilə Darya Yadernayanın prezentasiyasını və kolleksiyasını keçirməyi planlaşdırırıq, Avropadan, ABŞ-dan, Şərq və MDB ölkələrindən də qonaqlar gözləyirik.

Layihənin rejissoru Nina Drako qonaqpərvər Jumeirah Bilgah Beach Hotel-in divarları arasında bizi gözəl, unudulmaz tədbirlə sevindirməyə söz verib. Hafiz Ağayevin prodüser mərkəzinin ümumi direktoru Hafiz Ağayevin simasında Baku fashion week partnyorları, sponsorları və əlbəttə ki, nəinki Bakıdakı, həmçinin Azərbaycan dizaynerlərini də aktiv əməkdaşlığa dəvət edir. Ətraflı yeniliklər və xəbərlər üçün www.bfw.az saytını izləyin.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320547.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR