Avronun dollara nisbətdə məzənnəsi 11 illik minimuma enib

Avronun dollara nisbətdə məzənnəsi 11 illik minimuma enib
14:23 23 Yanvar 2015
191 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Vahid Avropa valyutasının ABŞ dollarına nisbətdə məzənnəsi son 11 ildə ən minimal həddə düşüb.
AzərTAc BBC telekanalına istinadla xəbər verir ki, yanvarın 23-də səhər saatlarında EBS platformasında keçirilən elektron hərracda avro 1,13145 dollara satılıb. Avronun ucuzlaşmasının bu həddi son dəfə 2003-cü ilin sentyabrında qeydə alınmışdı.
Avropa valyutasının ucuzlaşmaqda davam etməsinin əsas səbəblərindən biri yanvarın 22-də Avropa Mərkəzi Bankı tərəfindən dövlət istiqraz vərəqələrinin alınması proqramının işə salınması olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avronun_dollara_nisbetde_mezennesi_11_illik_minimuma_enib-826991

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR