Azərbaycanda avtomobil dileri istiqrazların yerləşdirilməsinə başlayır

Azərbaycanda avtomobil dileri istiqrazların yerləşdirilməsinə başlayır
13:33 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir Maksim Tsurkov/

Yanvarın 5-dən Bakı Fond Birjasında (BFB) "Xəzər-Lada" ASC-nin 5 milyon manat dəyərində təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospektinin yerləşdirilməsi başlayır.

Trend-in cümə günü BFB-yə istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 5 min manat olan 1000 istiqraz buraxılıb.

Yerləşdirmənin anderrayteri qismində "Unicapital" MMC çıxış edir.

İstiqrazların tədavül müddəti 1825 gün, illik faiz dərəcəsi 12 faizdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2347950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR