15 yaşlı oğlan maşınla divar arasında qalıb (VİDEO)

15 yaşlı oğlan maşınla divar arasında qalıb (VİDEO)
14:31 23 Yanvar 2015
234 Dünya
Ölkə mətbuatı
A- A+

Sərxoş sürücü avtomobilini 15 yaşlı şagirdin üstünə sürüb.

ANS PRESS-in məlumatına görə, şagird məktəbin qarşısında telefonla danışırmış. Qəfildən sürətlə gələn avtomobil şagirdi vurur və o, avtomobillə divar arasında sıxışıb qalır.

Hadisəni görən müəllimlər təcili yardım çağırıblar. Onlar təcili yardımın da köməyilə 15 yaşlı oğlanı sıxışdığı yerdən çıxarıblar.

Türkiyənin Adana şəhərində baş verən qəza zamanı tələbə ağır yaralansa da, sürücünün burnu belə qanamayıb. Yoxlama zamanı sürücünün sərxoş olduğu bəlli olub.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR