İntiqam Əliyevin məhkəməsi başladı

İntiqam Əliyevin məhkəməsi başladı
14:32 23 Yanvar 2015
196 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin rəhbəri İntiqam Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İntiqam Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Hüquq müdafiəçisinin vəkilləri vəsatətlə çıxış ediblər. Vəkillər İntiqam Əliyevin barəsində başlanan cinayət işinə xitam verilməsi, onun barəsində seçilən həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və digər vəsatətlərlə çıxış ediblər. Məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmə baxışı fevralın 3-nə təyin edilib.

Qeyd edək ki, İ. Əliyev keçən il avqustun 8-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR