“Risalə. Araşdırmalar toplusu” kitabının X cildinin təqdimatı olub

14:33 23 Yanvar 2015
195 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, Pərvanə İmanova, AzərTAc
Yanvarın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Şərq və Azərbaycan ədəbiyyatı və mədəniyyətinin problemlərinə həsr olunan “Risalə. Araşdırmalar toplusu” kitabının X cildinin təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış kitabın redaktoru muzeyin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynovdur.
Tədbirdə bildirilib ki, muzeyin əməkdaşlarının elmi araşdırmalarından ibarət “Risalə” toplusu ildə bir dəfə nəşr edilir. Məzmun etibarilə klassik, müasir ədəbiyyat, fəlsəfə, mədəniyyət problemləri, həmçinin muzeyşünaslıq məsələlərini əhatə edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Risale_Arasdirmalar_toplusu_kitabinin_X_cildinin_teqdimati_olub-826993

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR