Misirdə matəmdir

Misirdə matəmdir
14:42 23 Yanvar 2015
197 Dünya
Ölkə mətbuatı
A- A+

Misir Səudiyyə Ərəbistanı kralı Abdullah ibn Əbdüləzizin vəfatı ilə əlaqədar 7 gün matəm elan edib. Bu barədə Trend cümə günü "Cihan" agentliyinə istinadən məlumat verir.

Kralın vəfatı ilə əlaqədar bəzi Yaxın Şərq ölkələri də matəm elan edib. İordaniyada matəm günlərinin sayı 40 olaraq müəyyənləşdirilib.

Kral Abdullahla sonuncu dəfə görüşən lider isə Misirin prezidenti Əbdülfəttah əl-Sisi olub.

Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanının kralı Abdullah ibn Əbdüləziz vəfat edib. Ötən həftə səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilən krala qaraciyər sətəlcəmi diaqnozu qoyulmuşdu. Vəfat edən kralın yerinə vəliəhd Şahzadə Salman ibn Əbdüləziz təyin olunub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR