Bakının 150 minlik avtobusları

Bakının 150 minlik avtobusları
13:41 26 Dekabr 2014
116 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda bir neçə gündən sonra daha bir marşurutda yeni avtobuslar işləyəcək.

Bu barədə Bakıda işləyən 65 saylı avtobus xəttinin tabe olduğu “Xaliq Faiqoğlu” MMC-nin şöbə müdiri Füzuli Sadıqov ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, sabah, yaxud biri gün onların şirkətinə aid olan 61 saylı xəttə də yeni avtobuslar istifadəyə veriləcək.

“Bizim şirkətin təşəbbüsü ilə paytaxta 50 yeni avtobus gətirilib. Türkiyədə istehsal olunan “İsuzu” markalı avtobusların birinin qiyməti 150 min avrodur. İlk öncə 65 saylı xəttə buraxmışıq. Bir neçə günə isə 61 saylı xəttə də yeni avtobuslar buraxacağıq”, - deyə Füzuli Sadıqov bildirib.

61 saylı avtobus xəttində 23 avtobus işləyəcək. Şirkət rəsmisi bildirib ki, avtobusların yenilənməsində əsas məqsəd sərnişinlərin rahatlığını təmin etməkdir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=316443

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR